Müsahibə
Kamran Ağayev: "Bunu həzm etmək çətindi"
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ…
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirilmiş oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, komandamızın 0:1 hesablı məğlubiyyəti ilə bağlı öncə bunları söyləyib:
– Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki nəticə əldə edə bilmədik. Adam danışanda kövrəlir. Danışmasam, daha yaxşı olar.
– Belə şoku son dəfə nə vaxt yaşamışdın?
– Belə şeylər idmanda olur. Yəqin tək biz yox, bütün Azərbaycan xalqı şok yaşayır.
– Oyun ərzində çox rahat idin.
– Mən işimi görürdüm. Bilirdik ki, uzun toplarla oynamaq olmaz. Bu, rəqibə sərf edəcəkdi. Onlar boy baxımından da bizi qabaqlayırlar. Qısa ötürmələrlə oyunu qururduq. Bizə deyilənə uyğun oynadıq. Sadəcə, lazımsız dəqiqədə lazımsız qol buraxmaq yersiz oldu.
– Oyun ərzində heç düşündün ki, bu qədər qol şansını qaçırdığımız üçün “vurmayana vurarlar” deyimi işə düşəcək?
– Həyatda hər şeyə hazır olmaq lazımdı. İdmanda belə şeylər olur. Olmasa, daha yaxşı olardı. Çünki bunu həzm etmək çətindi.
ELMAR ABDULLA-ZADƏ
- Premyer-liqa2024-05-25 08:32
Mövsümün son turuna start verilir
- Müsahibə2024-05-24 08:00
Şahin Diniyev: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı”
- Ölkə futbolu2024-05-24 09:07
“Neftçi” düz bir ildir ki, “Sabah”a qalib gələ bilmir
- Premyer-liqa2024-05-25 21:02
“Zirə”, “Sabah” və “Sumqayıt” avrokuboklara vəsiqəni təmin etdilər!