Dünya futbolu
Almaniya Bundesliqasının yeni mövsümünün təqvimi açıqlandı
Futbol üzrə Almaniya Bundesliqasında 2017/18 mövsüm&u…
Futbol üzrə Almaniya Bundesliqasında 2017/18 mövsümünün təqvimi açıqlanıb. Futbolinfo.az xəbər verir ki, yeni mövsümə avqustun 18-də keçiriləcək “Bavariya” – “Bayer” matçı ilə start veriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ayntraxt” isə avqustun 19-da “Frayburq”un qonağı olacaq.
Qeyd edək ki, yeni mövsümdə Bundesliqanın son çempionu “Bavariya” ilə Dortmund “Borussiya”sının ilk dueli 3 – 5 noyabrda keçiriləcək 11-ci tura təsadüf edəcək.