Müsahibə
“Differdanj” “dişimizə görə” rəqib idi”
“Öz meydanımızda, azarkeşlərimizin önündə oy…
“Öz meydanımızda, azarkeşlərimizin önündə oynayırdıq. İstəyirdik ki, onları yaxşı nəticə ilə sevindirək. Şükür olsun ki, ilk matçımızda utanmadıq”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Təmkin Xəlilzadə deyib. UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” “Differdanj”la qarşılaşıb. Təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra jurnalistlərə açıqlama verən Təmkin fikirlərini bölüşüb:
– Hələ heç nə bitməyib təbii ki. İşin əsas nəticəsi Lüksemburqda bilinəcək. O oyuna da yaxşı hazırlaşacağıq. Yaxşı nəticə ilə dönməyə çalışacağıq.
– Rəqibin belə zəif olacağını gözləyirdiz?
– Rəqibin zəif olduğunu deməzdim. Bizdən daha təcrübəli komandadı. Ağır oyun oldu. “Dişimizə görə” rəqib idi.
– Səncə, komanda nə qədər vaxta optimal formaya düşəcək?
– Komandada yeni oyunçular çoxluq təşkil edir. Buna baxmayaraq, elə də böyük problem görmədim. Oyundan-oyuna daha yaxşı olacağıq.
– Məqsədiniz nədir? Hara kimi getmək istəyirsiz?
– Bacardığımız qədər irəliləmək istəyirik. Desəm ki, qrupa düşməyi hədəf qoymuşuq, yalan olar. Mümkün qədər hər oyunda qələbə qazanmağa çalışacağıq. 1 və ya 2 mərhələ keçməyə çalışarıq.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…