Ölkə futbolu
"Qəbələ"nin 3 futbolçusu zədə ilə üzləşdi, Dabo sıraya döndü
Yeni mövsümə hazırlığı Avstriyanın Zalsburq bölg?…
Yeni mövsümə hazırlığı Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirən “Qəbələ” məşqlərini bərpa edib. Futbolinfo.az xəbər verir ki, iyunun 30-da keçirilən yerli “Qrodiq”lə yoxlama oyunundan (7:0) sonra bir günlük istirahətə buraxılan futbolçular bu gün növbəti məşqə çıxıb.
“Qırmızı-qaralar” günü iki məşqlə tamamlayıb. Hazırlıq prosesində zədə problemini arxada qoyan Baqali Dabo da iştirak edib. Zədələnən İlqar Qurbanov isə komanda çalışmalarından kənar qalıb. Tellur Mütəllimovla Ruslan Qurbanov isə eyni səbəbdən fərdi məşqlə kifayətlənib.
Xatırladaq ki, “Qəbələ” növbəti yoxlama oyununu iyulun 4-də keçirəcək. Komandamız Ukrayna “Dinamo”su (Kiyev) ilə üz-üzə gələcək.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var