Ölkə futbolu
"Qarabağ" bu gün Bakıya qayıdır
Son Azərbaycan çempionu "Qarabağ" Avstriyadakı tə…
Son Azərbaycan çempionu "Qarabağ" Avstriyadakı təlim-məşq toplanışını başa vurub.
Futbolinfo.az xəbər verir ki, yeni mövsümə hazırlığının Avstriya hissəsini başa vuran Ağdam klubu bu gün Bakıya qayıdır. Qurban Qurbanovun komandası bundan sonra paytaxt hazırlıq keçəcək.
Son illərin dəyişməz çempionu Avstriya hazırlığına iyunun 17-dən start vermişdi. Bu müddət ərzində 4 yoxlama oyunu keçirən Ağdam təmsilçisi həmin görüşlərin hamısından məğlub ayrılıb. Azərbaycan çempionu Rusiya Premyer Liqa klubu “Axmat”a 0:1, Bolqarıstan MOİK-inə 2:5, digər Rusiya klubu “Dinamo”ya (Moskva) 0:1, Danimarka "Brondbü"sünə 1:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" bu turnirin ikinci təsnifat mərhələsində Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun iyulun 12-də Bakıda, cavab görüşü ayın 18-də Tiflisdə keçiriləcək.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var