Dünya futbolu
"Malaqa"dan "Volfsburq"a
Almaniyanın "Volfsburq" klubu İspaniya "Malaqa"s…
Almaniyanın "Volfsburq" klubu İspaniya "Malaqa"sının yarımmüdafiəçisi İqnasio Kamaçonu transfer edib. Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı ispaniyalı futbolçu "canavarlar"la 2021-ci ilə qədər müqavilə bağlayıb.
Madrid "Atletiko"sunun yetirməsi olan futbolçu peşəkar karyerasına 2007-ci ildə başlayıb. 2011-ci ildə isə o, "Malaqa"ya transfer olunub. Geridə qalan 6 il ərzində Kamaço bu komandada 175 oyuna çıxıb, 16 qol vurub.
İqnasio İspaniya yığmasında da 1 oyun keçirib.