Dünya futbolu
"Sent-Etyen"i "Lill"ə dəyişdi
Fransanın "Lill" klubu Liqa 1-in digər təmsilçisi …
Fransanın "Lill" klubu Liqa 1-in digər təmsilçisi "Sent-Etyen"in müdafiəçisi Kevin Malkyuini heyətinə qatıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 26 yaşlı fransız futbolçu ilə 5 illik müqavilə imzalanıb.
"Monako"nun yetirməsi olan Kevin ölkəsində "Vann", "Frejyus", "Nyor" kimi klublarda da forma geyinib. O, "Sent-Etyen"ə 2015-ci ildə transfer olunmuşdu.