Bizi izləyin

Ölkə futbolu

Sadıq Sadıqova “tikilən torba”

“İnter” növbəti qələbəsini qazandı”; &ldq…

blank

“İnter” növbəti qələbəsini qazandı”; “Debütant “Zirə” növbəti mərhələdə”; “Qarabağ” yeni transferlərini təqdim etdi” – iyulun 6-da idman saytlarını bəzəyən bu cür başlıqlı oxunaqlı xəbərlərin arasında “Neftçi” haqda məlumatın yer alması bir anda hər kəsi təəccübləndirdi. Kluba yeni prezidentin təyin olunmasıyla bağlı xəbəri nəzərdə tuturam. İlk baxışdan o qədər cəlbedici görünürdü ki, yazını oxumadan keçmək mümkün deyildi. Hər halda, söhbət ölkənin ən köklü klubu və olduqca mühüm vəzifədən gedirdi. Başlıq diqqətçəkən, amma içi boş.

Elnur Məmmədovun gedişindən sonra onun yerinə təyin olunan Orxan Hüseynzadə bundan sonra prezident səlahiyyətlərini icra edəcəkmiş. Nə xəbər kimi xəbərdi, nə yenilik kimi yenilik. Yenilik o şeyə deyilir ki, həmin yeniliyin içində gələcəyə fayda verən nəsə olsun, oxucu, ya da azarkeş xəbərlə tanış olanda sevinsin, kədərlənsin, ya da nə bilim, təəccüblənsin. Onsuz da Orxan Hüseynzadə bugünə qədər “Neftçi”də əsas söz sahibiydi. Müşahidə Şurasındakılara və sponsorlara hesabat verən də o idi, klubun transfer siyasətinə nəzarət edən də. Məhz bu faktı Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev mətbuata açıqlamasında dəfələrlə dilinə gətirib, məsuliyyətin Orxan bəyin çiyinlərində olduğunu gizlətməyib. Yəni adı icraçı direktor olsa da, bir növ prezident səlahiyyətlərini daşıyırdı. Sadəcə, ştat cədvəlində yenilik etmək üçün bu addım atılıb. Yenilik xatirinə yenilik.

Məsələnin ikinci tərəfi var. İstənilən klubda prezident postu olmalıdı. Necə ki, “Qəbələ”sində, “Qarabağ”ında, hətta “Sumqayıt”ında belə, bu mövcuddu. Əslində, “Neftçi”də də var idi. 2010-cu ildən 2015-ci ilə qədər məlum vəzifəni Sadıq Sadıqov daşıyırdı. Gözəgörünməz qüvvələr Sadıqovu klubun başından yox etmək üçün manevr etməliydi. Klubda Müşahidə Şurasının yaradıldığını, bununla yanaşı, prezident postunun ləğv olunduğunu deməklə sabiq prezidentə mədəni yolla “yaxşı yol” dedilər. Bir göz qırpımında yoxa çıxan post 3-5 ayın içində yenidən bərpa oluna bilməzdi. Bunun üçün aylar, illər ötməli, münasib vaxt seçilməliydi. Ki, media əhli “niyə ləğv etmişdiz, niyə bərpa etdiz” sualını verməsin, uğurlara alışmış azarkeşlər ayağa qalxmasın. Və ən vacibi, zaman məsələsi. Ssenarini yazan kimdisə, mükəmməl iş qabiliyyətinə sahibdi. Elə bir vaxt seçdi ki, “Neftçi” haqda xəbər heç kimi maraqlandırmasın, futbol ictimaiyyəti hansısa başqa hadisənin təsiri altında göylərdə uçsun. Bu, “İnter”lə “Zirə”nin ardıcıl 4 qələbə sayəsində növbəti mərhələyə adladığı dövrə təsadüf etdi. Söhbətin məğzini görənlər gördü, bilənlər bildi. İcraçı direktorun prezident postuna yüksəlməsi 2 il əvvəl Sadıq Sadıqova “tikilən torba”nın cırılması demək idi.

Müşahidə Şurasının işi müşahidə etmək, hesabat tələb etməkdisə, maraqlıdı, “Neftçi”dəki struktur dəyişiklikləri ilə bağlı qərarları verən kimdi belə? Vəli Qasımovla Elnur Məmmədova klubda iş verən, neçə-neçə məşqçini yola salan, yararsız futbolçulara dövlətin pullarını xərcləyən, dünən prezident postunu ləğv edib, bu gün həmin vəzifəni Hüseynzadəyə etibar edənləri tanımaq hamımıza maraqlıdı. Onlar həm də “Neftçi”ni bu günə salanlar, 8 ildən sonra avrokuboksuz qoyanlar, 8 komanda arasında 7-ci pilləni tutmasına göz yumanlardı. Mənasız qərarlar qəbul edənlər, nə etdiyini bilməyənlər, ölkənin ən köklü klubunun anasını ağlar qoyandılar. Bütün bu əməllərin arxasında duranlar mühüm qərar qəbul etmək gücündə olmayan Müşahidə Şurasının üzvləri deyil. Heç Orxan Hüseynzadənin adını da ağlınızın ucundan keçirməyin. Kimdisə, “yağlı” yerdəndi, ictimaiyyətin fikrini vecə almayandı, ölkə futbolunu əlinə keçirəndi. Deyilənə görə, AFFA-nın baş katibi Elxan Məmmədovdu…

Budcəsinə, ad-sanına, təcrübəsinə görə sizdən geri qalan “İnter”lə “Zirə” avrokuboklarda xarüqələr yaratsın, xalqı qələbələrlə sevindirsin, siz isə papaq dəyişməyinizdə olun. Gələn həftə qeydə alınacaq qələbələrdən sonra da avtobus sürücüsü Mərdan dayını Orxan Hüseynzadənin şəxsi sürücüsü elan edərsiz, olar əsl manşetlik xəbər.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm