Ölkə futbolu
“Qəbələ” ilk oyunda heç-heçəyə razılaşdı
Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsində nö…
Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsində növbəti oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” də yarışda mübarizəyə qoşulub.
“Qırmızı-qaralar” mövsümdə ilk rəsmi matçına evdə çıxıb. Roman Qriqorçukun yetirmələri Polşa təmsilçisi “Yagelloniya”nı qəbul edib.
Hər iki komanda ötən mövsümün gümüş mükafatçısı olduğundan matçı vitse-çempionların dueli də hesab etmək olardı. 8-ci km qəsəbə stadionunda baş tutan görüş təmsilçimiz üçün uğurlu başlamayıb. Qriqorçukun çalışdırdığı komanda erkən qola üzülüb. Təmsilçimiz buna yalnız fasilədən sonra cavab verə bilib. Matçda başqa qol olmayıb və tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
Bu klublar arasındakı cavab matçı bir həftə sonra səfərdə keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
13 iyul
“Qəbələ” – “Yagelloniya” – 1:1
Qol: J.Monroz, 47 – T.Romançuk, 15.
Sarı vərəqə: E.Hallidey, 17. Y.Quralski, 18. E.Məmmədov, 27. L.Burliqa, 44. C.Hüseynov, 56. V.Stankoviç, 88.
Hakimlər: Marko Frits, Holqer Henşel, Marsel Pelqrim, Quido Vinkmann (hamısı Almaniya).
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus).
Hakim-inspektor: Erol Ersoy (Türkiyə).
8-ci km qəsəbə stadionu.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Elvin Məmmədov (45. Famussa Kone, 46), 12. Endryu Hallidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov (21. Davi Bultheys, 84), 19. Filip Ozobiç, 20. Xuan Ernandes (11. Asif Məmmədov, 68), 28. Stiven Jozef-Monroz, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 16. Dion Malone.
Baş məşqçi: Roman Qriqorçuk.
Yagelloniya: 25. Marian Kelemen, 4. Yatsek Quralski (23. Damian Şımanski, 53), 6. Taras Romançuk (k), 8. Lukaş Burliqa, 9. Arvidas Novikovas (44. Lukaş Sekulski, 85), 10. Fedor Çernıx, 12. Gilyerme Sitya, 13. Pşemıslav Mıstkovski (26. Martin Pospişil, 58), 16. Qutyeri Tomelin, 17. İvan Runye, 18. Killian Şeridan.
Ehtiyat oyunçular: 96. Damian Venqlyaj, 2. Zıqmunt Qordon, 7. Dmitri Xomçenovski, 20. David Şımonoviç.
Baş məşqçi: İreneuş Mamrot.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”