Müsahibə
Mamrot: "Məncə, penalti var idi"
Avropa Liqasının 2-c təsnifat mərhələsinin ilk oyununda səfərd…
Avropa Liqasının 2-c təsnifat mərhələsinin ilk oyununda səfərdə “Qəbələ”ylə bərabərə qalan (1:1) “Yagelloniya”nın baş məşqçisi İreneuş Mamrot oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Mamrot öncə oyunla bağlı fikirlərini bildirib:
– Çox çətin oyun oldu. Oyunun sonlarında qələbə də qazana bilərdik. Oyunçularım bu gün bütün güclərini ortaya qoydular. Cavab oyunu çox çətin olacaq. Matçdan öncə də demişdim ki, hər şey cavab oyununda həll olunacaq. Çempionatda da oyunumuz var. Buna görə, bizim üçün çətin olacaq.
– Şansları necə dəyərləndirirsiz?
– Bu oyundan öncə dediyim kimi, şanslar hələ də 50-50-di. “Qəbələ” hücumda yaxşı təsir bağışlayır. Buna görə, məncə, şanslar hələ də bərabərdi.
– Hakimlik barədə nə deyə bilərsiz?
– Hakimlər barədə danışmaq, onları qiymətləndirmək istəmirəm. Ancaq iki epizodun təkrarına baxmaq istərdim. Bunlardan hər ikisi cərimə meydançasında olan qayda pozuntusu idi. Məncə, orda penalti var idi. Ancaq təkrarına baxmaq lazımdı. Bu iki epizod mənim üçün doğrudan da maraqlı idi.
ELMAR ABDULLA-ZADƏ
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”