Dünya futbolu
"Qəbələ"nin sabiq futbolçusu 4,2 milyon avroya satıldı
"Qəbələ"nin sabiq futbolçusu Leonardo da Silva Sou…
"Qəbələ"nin sabiq futbolçusu Leonardo da Silva Souza özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, braziliyalı hücumçu Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib. O, yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb. "Əl-Əhli" Souzanın tranferi üçün onun sabiq klubu "Partizan"a (Serbiya) 4,2 milyon avro ödəyib.
Qeyd edək ki, Leonardo da Silva "Qəbələ"də 2013/14 mövsümündə çıxış edib və 31 oyuna 7 qol vurub. O, 2014-cü ildə "Qəbələ"dən Rusiyanın "Anji" klubuna transfer olunmuşdusa, 2016-cı ildən Serbiyada top qovurdu.