Ölkə futbolu
UEFA araşdırmalara başladı: Avroliqa matçındakı pankartlarla bağlı
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çər&c…
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Legiya” (Polşa) və "Astana" (Qazaxıstan) (1:0) klubları arasında baş tutan matçda meydan sahiblərinin azarkeşləri tərəfindən açılan pankartlarla bağlı araşdırmalara başlayıb.
Futbolinfo.az xəbər verir ki, oyunda "Legiya" klubunun azarkeşləri 1994-cü ildə faşistlər tərəfindən qətlə yetirilən insanları pankartda yad ediblər. Plakatda Varşava üsyanında 160 min insanın qətlə yetirildiyi və onların arasında minlərlə uşaq olduğu qeyd edilib. Həmçinin, alman zabitin azyaşlı uşağın başına silah dirəmiş posteri də nümayiş etdirilib.
Qitə futbol qurumu məsələ ilə bağlı qərarını avqustun 17-də açıqlayacaq.
Qeyd edək ki, "Legiya" "Astana"nı 1:0 hesabı ilə məğlub etsə də, ÇL-in pley-offuna yüksələ bilməyib. Buna isə ilk oyunda 1:3 hesabıyla uduzması səbəb olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…