Dünya futbolu
Premyer Liqa klubundan növbəti transfer
Yeni mövsümdən İngiltərə Premyer Liqasında mübariz…
Yeni mövsümdən İngiltərə Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan "Brayton" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, sözügedən klub çexiyalı futbolçu Aleş Mateyu ilə güclənib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi olan Mateyunun əvvəlki klubu Çexiya "Viktroriya"sı idi. O, Plzen təmsilçisinə 2015-ci ildə yetirməsi olduğu "Prşibram" klubundan transfer edilib.