Dünya futbolu
Ferrari A Seriyasında klub dəyişdi
İtaliyanın "Sampdoriya" klubu növbəti transferini r?…
İtaliyanın "Sampdoriya" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi müdafiəçi Canmarko Ferrarini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda "Sassuolo"ya məxsus futbolçunun 1 illik icarəyə götürüldüyü qeyd olunub. Lakin "Sampdoriya" mövsümün sonunda 25 yaşlı müdafiəçinin transfer hüququnu da ala bilər.
Geridə qalan mövsümdə "Krotone"də icarə əsasında çıxış edən Ferrari A Seriyasında 37 oyuna çıxıb, 3 qol vurub.