Dünya futbolu
Dadaşov qol vurdu, "Ayntraxt" darmadağına sevindi – VİDEO
Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan…
Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan "Ayntraxt" növbəti sınaq matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi bu kollektiv Frankfurtun digər təmsilçisi "FSV Frankfurt" klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:2.
Dadaşov da bu qarşılaşmanın iştirakçısı olub. “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç bir gün öncəki İspaniya "Betis"i ilə oyundan fərqli, bu dəfə həmyerlimizə şans verməyib. Fasilədən sonra meydana çıxan Renat 47-ci dəqiqədə qol vurmaqla komandasının qələbəsinə töhfə verib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…