Dünya futbolu
"Qarabağ"ın sabiq oyunçusu Portuqaliya klubunda
"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias öz&uu…
"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias özünə yeni komanda tapıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını yenidən Portuqaliyada davam etdirəcək. Təcrübəli futbolçu "Unian Madeyra" klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi köhnə-yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, braziliyalı futbolçu 2015/16 mövsümündə də "Unian Madeyra"da çıxış edib. Komanda hazırda Portuqaliyanın 1-ci divizionunda mübarizə aparır.
Qeyd edək ki, Danilo Dias "Qarabağ"da 2014/15 mövsümündə oynayıb.