Ölkə futbolu
"Qarabağ"la oyunlar komandamız üçün nə qədər vacibdisə…"
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off m?…
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan Danimarka "Kopenhagen"inin futbolçusu Tutu Yussef yerli mətbuata açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatının 4-cü turunda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbi oyunu "Qarabağ"ın rəqibi üçün uğursuz alınıb. Son dəqiqədə buraxılan qol “Kopenhagen”in 0:1 hesablı yenilgisinə səbəb olub. Tutu komandasının durumu ilə bağlı bunları söyləyib:
"Biz hər dəfə top itirdiyimizdə qapımızda təhlükə yaranırdı. İlk yarıda yalnız bir şansımız oldu. "Brondbü"nün xəttlərarası əlaqəsi inanılmaz idi. Azarkeşlər bizdən yaxşı oyun gözləyir. Avropada uğurlu çıxış etsək də, çempionatda heç də hər şey yolunda getmir. Bizi Çempionlar Liqasında ağır oyun gözləyir. "Qarabağ"la oyunlar komandamız üçün nə qədər vacibdisə, daxili liqada da bütün oyunlar elədi. Komandamızda bir çox problemlər var. Yoluna qoymalıyıq".