Ölkə futbolu
Azərbaycan futbolunda daha bir yenilik
Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümü ə…
Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümü ərəfəsində daha bir dəyişiklik reallaşdırıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Topaz Premyer Liqası, Azərbaycan Kuboku, əvəzedicilərin yarışı və Birinci Divizion oyunları zamanı klublar əvvəlki kimi 18 deyil, 23 futbolçunun xidmətindən istifadə edə bilərlər. Bu dəyişiklikdən sonra klublar dünya praktikasında olduğu kimi oyunun protokolunda maksimum 23 futbolçunun adını qeyd etmək və ehtiyat oyunçular skamyasında 12 futbolçu saxlamaq imkanına malik olacaqlar.