Dünya futbolu
Soldado rəsmən “Fənərbaxça”da
Türkiyənin “Fənərbaxça” klubu İspaniya &ld…
Türkiyənin “Fənərbaxça” klubu İspaniya “Vilyarreal”ının futbolçusu Roberto Soldadonun transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda 32 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalandığı qeyd olunur.
“Fənərbaxça”nın ispaniyalı futbolçunun transferi üçün qarşı tərəfə 4.5 milyon avro ödədədiyi iddia edilir.
Qeyd edək ki, Soldado ötən mövsüm “Vilyarreal”ın heyətində 10 oyunda 4 qol vurub.