Ölkə futbolu
"Neftçi" azarkeşlərindən "Milyonçu" pankartı – FOTO
Topaz Premyer Liqasında 2017/2018 mövsümünə start ver…
Topaz Premyer Liqasında 2017/2018 mövsümünə start verilib. Futbolinfo.az xəbər verir ki, mövsümün açılış matçında "Neftçi" ilə "Qarabağ" üzə-üzə gəlib.
"Bakcell Arena"da keçirilən qarşılaşmada meydan sahibinin azarkeşləri açdıqları pankartla diqqət çəkiblər.
Bakılı fanatlar "Qarabağ"ın neçənci ildə yaranmasına dair sualı pankart vasitəsi ilə soruşublar. Maraqlıdı ki, pankart məşhur "Milyonçu" verilişinin formatına bənzər tərzdə hazırlanıb.
"Neftçi" azarkeşləri bununla da "Qarabağ"ın tarixinə "ilişiblər".
Ağdam klubunun əsasının 1951-ci, yoxsa 1987-ci ildə qoyulması ilə bağlı müzakirələr hələ də davam edir. (Futbolpress)