Bizi izləyin

Ölkə futbolu

“Neftçi”yə cümə dərsi

Yeni mövsüm başladı. Çempionun qələbəsi, son ill…

blank
Yeni mövsüm başladı. Çempionun qələbəsi, son illərin qapazaltısı “Neftçi”nin məğlubiyyəti ilə.
 
4 aylıq fasilədə sanki heç nə dəyişməyib – “Qarabağ” da həminkidi, elə dünənki rəqibi də. Bakılıları qələbəyə həsrət qoyan rəqibi bu sayı 9-a çatdırdı. Yəqin ki, 10-u da görəcəyik, 11-i də, 12-ni də. Çünki “Neftçi” elə idarə olunur ki, komandanı qazıyıb yeniləməyincə uğura ümid etməyin mənası yoxdu.
 
Ağdamlılar rəqibin xal qazanması üçün açıq qapı kimi idi. Qurban Qurbanov Çempionlar Liqasındakı vacib oyunu düşünərək Riçard Almeyda, Ağabala Ramazanov, Donald Gerye, İbrahim Şehiç, Rəşad Sadıqov, Mişel Madeyra kimi ulduzlarını ehtiyatda saxlamağa da gərək duymamışdı, Maksim Medvedevi isə yanında oturtmuşdu. 7 yerli futbolçuyla oynayan qonaqlarda Abbas Hüseynov debüt edirdi.
 
Elxan Abdullayevin güvəndiyi heyətdə 3 hücumameylli oyunçu var idi. Amma məşqçi o qədər qorxaq taktika seçmişdi ki, qalan bütün oyunçular qapı qarşısında avtobus kimi dayanmalıydı. Hətta hücum özəlliyi olan – Rəhman Hacıyev, İqnasio Errera, Fəhmin Muradbəylini ehtiyatda əyləşdirən məşqçi Daniel Seqoviyanı da daha passiv olan İqo Barqasdan üstün bilməmişdi.
 
5-4-1 taktikası öz qapına sıxılıb, başını qucaqlamaq, rəqibin zərbələrinə razılaşmaq demək idi. “Neftçi” evində özünü qonaq kimi apararaq məğlubiyyəti bəri başdan qəbul etmişdi.
 
Ümumiyyətlə, 3 mərkəz müdafiəçisiylə oynamaq “Neftçi” kimi kluba yaraşmır. Bu, meydanın mərkəzini rəqibə bağışlamaq, onun təzyiq etməsinə imkan yaratmaq deməkdi. 2 nömrə kimi oynayan komandalar çox olur, lakin “Neftçi”ni bu sifətdə görmək utandırıcı idi. Bəli, bu taktikayla oynamaq olar, amma o zaman cinah müdafiəçilərin əks-hücuma qəfil çıxmağı bacarmalı, orta xətt oyunçuların əla fərdi bacarığa, ani düşünmə qabiliyyətinə malik olmalıdı. Tərzin Cahangirovdan, Elnur Cəfərovdan isə bunu gözləmək yersiz idi, üstəlik, Məqsəd İsayev 90 dəqiqə ərzində sol cinah müdafiəçisi kimi oynamasına baxmayaraq, sol ayağını dincə qoymağı lazım bildi.
 
Qurbanov rəqibini yaxşı tanıyırdı. Ona görə də ilk dəqiqələrdən rəqib qapısı önündə hücum səddi yaratdı, 4-5-1-i tez-tez 4-3-3-ə çevirib, nəticəni qazandı. “Neftçi” bu sistemi dağıtmaq üçün Ruslan Abışovun yarımmüdafiəçi bacarığından istifadə edə, hərdən onu dayaq oyunçusu kimi rəqib hücumunu qarşılayan sipərə çevirə bilərdi. Lakin Abdullayev o qədər cəsarətli biri deyildi.
 
0:1 – belə asan qolu heç “Qarabağ” da gözləmirdi. Cərimə meydançasına adi ötürmələrdən biri və mövsümün ilk qolu vuruldu. 3 ucaboy mərkəz müdafiəçin ola-ola elə top buraxmağı yalnız “Neftçi” bacarardı. Amma bu qolda Səlahət Ağayevin daha böyük rolu var idi. Asmaya çıxan qolkiper zamanlamada xətaya yol verdi və Mahir Mədətov topunmaq xatirinə hava mübarizəsinə qalxdığı topu rahatca tora atdı. Səlahət “İnter”in Lüksemburq faciəsinə də belə start vermiş, ardınca daha bir səhvlə yadda qalmışdı.
 
0:2 – yenə fərdi səhv. Bu dəfə Elnur Cəfərov rəqib cərimə meydançası önündə adi epizodda topu Dino Ndlovuya bağışladı, hücumçu isə 50 metrlik məsafəni birnəfəsə keçib, ikinci qolu yaratdı. Yox, afrikalı Ramil Quliyev kimi sürətli deyildi, lakin onun qarşısındakı futbolçular taktiki cəhətdən o qədər zəif idi ki, Dino qapı önündə boş dayanan Mahiri asanlıqla “tapdı”. Bu epziodda Derlis Meza Kollinin bacarıqsızlığı da üzə çıxdı. Kamil Məmmədovun bəh-bəhlə “Neftçi”yə sırıdığı, 9 aydı futbol oynamayan paraqvaylı xırda folla rəqibi hələ meydanın mərkəzində dayandırmalı idi. Lakin bacarmadı və Ndlovu 4-5 metr gerisində olduğu rəqibi rahatca keçdi, cərimə meydançasına onun müşaiyəti ilə daxil oldu.
 
Ən maraqlı məqam ikinci qoldan öncə “Neftçi”nin 5-6 dəqiqəlik ərazi üstünlüyünə sahib olması idi. Qurban Qurbanovun yetirmələri rəqibi geridə qarşıladı, onlara topla oynayıb açılmağa, müdafiə qurğusunun pozulmasına bilərəkdən şərait yaratdı və əks-hücumla hesab arasındakı fərqi artırdı. “Qarabağ” müdafiə olunaraq qol vurmağın yolunu da Abdullayevə göstərdi.
 
Mahir Mədətov o qədər sərbəst oynayırdı ki, inanılmaz fintlər, 3-4 rəqibi birdən keçmək… Sanki məşq edirdi. Və birdən 6 oyunçunu yarıb keçən iti ötürmə ilə Dinonun borcunu qaytardı – 3:0.
 
Dani Kintananın zədələnib “Qarabağ”ı 10 nəfərlə oynamağa məcbur etdiyi dəqiqələrdə də heç nə dəyişmədi. Ağdamlılar vaxt öldürür, matçın bitməsini gözləyirdi. Bakılıların qismən fəallaşması da bunun nəticəsi idi. Amma final fitinə kimi daha bir qol vuruldu – yenə “Qarabağ”ın oyunçusu fərqləndi, gəl ki, bu dəfə qapıları səhv salaraq… Rahid Əmirquliyevin öz qapısına yol tapması Elxan Abdullayevi böyükhesablı məğlubiyyətdən və daha böyük utancdan qurtardı.
 
Beləliklə, “Qarabağ” yarıməvəzedici heyətlə yeni mövsümə də qələbə ilə başladı. “Neftçi” isə startdan bizi öyrəşdirdiyi yerdə – autsayderlər qrupundadı.
 
AĞA
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 20:10

“Zirə” “Qarabağ”a uduzur – YENİLƏNİR

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 16:33

Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

blank
Digər idman növləri2024-05-11 15:58

Azərbaycan cüdoçularından Avropa Kata turnirində bürünc medal

blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Dünya futbolu2024-05-11 14:22

A Seriyasında aprel ayının ən yaxşıları açıqlandı

blank
Digər idman növləri2024-05-11 13:59

“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 13:05

Avtorqaf istədi, Cokoviç xəsarət aldı

blank
Dünya futbolu2024-05-11 12:47

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-11 12:31

Fransız sürücü Sennanın şərəfinə dəbilqə hazırlatdırdı

blank
Dünya futbolu2024-05-11 12:16

Ozan Can mövsümün son matçında qol vurdu

blank
Digər idman növləri2024-05-11 12:00

Son çempion ilk qələbəsini qazandı

blank
Ölkə futbolu2024-05-11 11:39

AFFA İcraiyyə Komitəsi yığışır: komanda sayının artırılması müzakirə olunacaq

blank
Digər idman növləri2024-05-11 11:29

Astanada daha 4 sınaq

blank
Digər idman növləri2024-05-11 11:12

Stadnikin son şansı

blank
Digər idman növləri2024-05-11 10:49

Növbəti yarımfinal görüşü baş tutacaq

blank
Dünya futbolu2024-05-11 10:00

Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

blank
Digər idman növləri2024-05-11 09:30

“Biz fiziki cəhətdən daha güclü idik”

blank
Premyer-liqa2024-05-11 09:00

“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-05-11 08:00

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

blank
Dünya futbolu2024-05-11 01:33

“Jirona” qələbəni əldən verdi

blank
Dünya futbolu2024-05-11 01:24

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-05-11 01:12

“Ştutqart”dan növbəti qələbə

blank
Dünya futbolu2024-05-11 01:04

“Nitsa”ya 1 qol bəs etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm