Ölkə futbolu
“İstefa” sədaları altında tribuna döyüşü
Topaz Premyer Liqasında mövsümün ilk oyunu azarkeş ma…
Topaz Premyer Liqasında mövsümün ilk oyunu azarkeş marağı baxımından yaxşı sayıla bilər. “Neftçi” və “Qarabağ” daim fanatlar baxımından seçilib və Azərbaycan derbisinə də biganə qalmamışdılar. Son illərlə müqayisədə normal sayıla biləcək sayda azarkeş tribunalarda yerini almışdı.
Doğrusu, ağdamlı fanatları bəyənmədim. Komandalarına dəstəkləri mükəmməl idi, rəqibə də təzyiq yarada, “Qarabağ”ı sanki evdə oynayırmış kimi ruhlandıra bilirdilər. Lakin 90 dəqiqə boyunca xeyli qeyri-etik ifadələr eşitdik və buna görə məyus oldum. “Aşsüzənlər” şüarı rəqibi aşağılamaq üçün bəlkə də normal xor məhsulu idi, yazılması etik xəhətdən düz olmayan ifadələr isə onlara yaraşmadı.
Ötən mövsüm elə “Bakcell Arena”dakı son derbidə açılan “Vaqon pankartı” bəlkə də tərbiyəsiz jest idi, amma kreativ alınmışdı. Buna boykot qərarını dəyişib tribunalara qayıdan “Neftçi” azarkeşlərini cavabı maraq doğururdu. Bakılıların hazırladığı pankart da maraqlı idi. Qonaq klubun həqiqi yaşı ilə emblemdə qeyd olunan rəqəmin uyğun gəlməməsinə “ilişən” meydan sahiblərinin cavabını tutarlı saymaq olar.
Matçın gedişində “Neftçi” azarkeşlərinin az bir qismi “istefa” şüarları qışqırdı. Və bunu fan-klub deyil, bir qrup azarkeş etdi. Onlar isə konkret hədəf göstərmədilər. Bəlkə də bu çağırışı həm baş məşqçiyə, həm də rəhbərliyə aid etmək olardı – hamısı belə çağırışa layiqdi.
“Neftçi” tərəfi açılış üçün fərqli nələrsə etməyə çalışdı. Bəlkə də nələrsə kreativ alınmadı, reallaşdırılmasında problem yarandı, amma cəhd etdilər. Təəssüf ki, komanda məğlubiyyətlə xoş görüntüləri də yaddan çıxardı.
Klubun veteranları – Çungiz İsmayılovla Boris Xetaqurov da evə məyus döndü. Oyunu “Qarabağ” fanatlarının əyləşdiyi tribunanın üstündəki oturacaqlardan seyr edən “incik əfsanələr”in dilxorluğu aşkar görünürdü. Onlar hətta Qurban Qurbanovun matçı izləyən “Kopenhagen” rəsmisindən kartlarını gizlətməyi bacardığı görüşdə də qələbə görmədi – “Qarabağ” ürəkdən oynamaya-oynamaya qələbə qazandı.
AĞA
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”