Premyer-liqa
“Qəbələ” də mövsümə qələbə ilə başladı
Bu gün Topaz Premyer Liqasının ilk turu çərçivə…
Bu gün Topaz Premyer Liqasının ilk turu çərçivəsində daha bir oyun keçirilib. Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə “İnter”lə “Qəbələ” qarşılaşıb.
Ötən mövsümün mükafatçıları “İnter Arena”da üz-üzə gəliblət. Avropa Liqasında çıxışını başa vuran komandaların duelində 3 qol qeydə alınıb. Sonda meydanı qalib kimi tərk edən isə əyalət təmsilçisi olub.
Qeyd edək ki, dünən start götürən çempionatın ilk oyununda “Neftçi” öz meydanında “Qarabağ”a uduzub – 0:3.
Topaz Premyer Liqası
1-ci tur
12 avqust (şənbə)
“İnter” – “Qəbələ” 1:2
Qol: E.Məmmədov, 13. F.Ozobiç, 24-pen. P.F.Azad, 70.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov.
Bakı. “İnter Arena”.
“İnter”: 1. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 3. Denis Silva (k), 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 4. Slavik Alxasov, 88. Məmməd Quliyev, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov, 66. Murad Qayalı, 99. Ricat Qarayev.
Baş məşqçi: Zaur Svanadze.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyv Bultuis, 28. Stiven Jozef-Monroz.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 9. Baqali Dabo, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 34. Urfan Abbasov, 45. Famussa Kone, 77. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq: 19:00. “Zirə” – “Səbail”, 21:00. “Sumqayıt” – “Kəpəz”.