Ölkə futbolu
"Kopenhagen"lə matçın biletləri satışda!
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çər&c…
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la “Kopenhagen” (Danimarka) arasında baş tutacaq ilk qarşılaşmanın biletləri satışa çıxıb.
Futbolinfo.az xəbər verir ki, azarkeşlər bu gün saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə etmək şansı qazanıblar. Çempionumuzun oyununa böyük maraq var. Belə ki, ilk gündən etibarən mərkəzi arenanın kassaları qarşısında böyük növbə diqqət çəkir.
Qeyd edək ki, biletlərin "qara bazar"a ötürülməsinin qarşısını almaq üçün bir azarkeşə maksimum iki bilet satılır.
"Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-də keçiriləcək və saat 20:00-da start götürəcək.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir. VİP sektoruna isə bir biletin qiyməti 50 AZN-di.
1-5 və 24-27 nömrəli sektorlar – 1 AZN
6-8 və 21-23 nömrəli sektorlar – 2 AZN
9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN
11, 12 və 17, 18 nömrəli sektorlar – 5AZN
13,16 və 29, 38 nömrəli sektorlar 10 AZN
VİP – 50 AZN
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”