Ölkə futbolu
“Qarabağ”ın futbolçusu öz oyunlarına bilet aldı – FOTO
“Qarabağ”ın futbolçusu Qara Qarayev komandasını…
“Qarabağ”ın futbolçusu Qara Qarayev komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi ilk oyuna öz cibindən pul verərək bilet alıb.
Futbolinfo.az xəbər verir ki, bu haqda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Qaranın biletləri yaxınları və doğmaları üçün aldığı bildirilir.
Qeyd edək ki, bu gün “Qarabağ” – “Kopenhagen” matçının biletləri satışa çıxarılıb. Oyuna maraq çox olduğundan Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündə uzun növbələr yaranıb.
Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” görüşü avqustun 15-də keçiriləcək.