Dünya futbolu
Nəsirovsuz "Sportinq" ev oyununda uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 2-ci tu…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 2-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Akademika Vizeu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Sportinq" hazırda 3 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.