Ölkə futbolu
Araz Abdullayev rəsmən "Anortosis"də – FOTO
Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdulla…
Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin Kiprin "Anortosis" klubuna keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub həmyerlimizi müqavilə ilə məxsus olduğu "Qəbələ"dən 1 illik icarəyə götürüb. Bu barədə Famaqusta təmsilçisinin rəsmi saytı məlumat yayıb. Artıq futbolçumuz yeni klubu ilə 1 illik icarə müqaviləsinə imza atıb.
Xatırladaq ki, Araz "Qəbələ"yə bu il transfer olunmuşdu. 25 yaşlı yarımmüdafiəçi karyerasının böyük hissəsini yetirməsi olduğu "Neftçi"də keçirib.