Ölkə futbolu
Dadaşovun komandası Almaniya Kubokuna qələbə ilə başladı
Futbol üzrə Almaniya Kubokunda 2017/18 mövsümünə…
Futbol üzrə Almaniya Kubokunda 2017/18 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt" da ilk matçını keçirib. Sözügedən kollektiv səfərdə "Erndtebryuk" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Böyük hesablı qələbə Frankfurt təmsilçisini Almaniya Kubokunun 2-ci raunduna daşıyıb.
Dadaşov bu görüşün iştirakçısı olmayıb.