Dünya futbolu
"Çelsi" uduzdu, MS qalib gəldi, "Liverpul" büdrədi – VİDEO
İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə star…
İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, mövsümün ilk oyunu Londonda keçirilib. “Arsenal” “Lester”i qəbul edib. 7 qolun vurulduğu möhtəşəm qarşılaşmanın qalibi "topçular" olub.
Son çempion “Çelsi” isə ikinci oyun günündə meydana çıxıb. “Zadəganlar” evdə “Bernli”ni sınağa çəkib və gözlənilməz məğlubiyyətlə üzləşiblər. Digər iddialılardan "Liverpul"un səfərdə "Uotford"la bol qollu heç-heçəsi də diqqət çəkib. "Mançester Siti" isə "Brayton"u iki cavabsız qolla yenib.
İngiltərə Premyer Liqası
1-ci tur
11 avqust
"Arsenal" – "Lester Siti" – 4:3
Qol: Lakazett, 2. Uelbek, 45. Remzi, 83. Jiru, 85 – Okazaki, 5. Vardi, 29; 56.
12 avqust
"Uotford" – "Liverpul" 3:3
Qol: Okaka, 8. Dukure, 32. Britos, 90 – Mane, 29. Firmino, 55-pen. Salah, 57.
"Çelsi" – "Bernli" – 2:3
Qol: Morata, 69. Luis, 88 – Vouks, 24; 43. Uard, 39.
"Kristal Pelas" – "Haddersfild" 0:3
Qol: Uard, 23-öz qapısına. Munye, 26; 78.
"Everton" – "Stok Siti" 1:0
Qol: Runi, 45.
"Sauthempton" – "Suonsi Siti" 0:0
"Vest Bromviç" – "Bornmut" 1:0
Qol: Heqazi, 31.
"Brayton" – "Mançester Siti" 0:2
Qol: Aquero, 70. Dank, 75-öz qapısına.
13 avqust
16:30 "Nyukasl" – "Tottenhem"
19:00 "Mançester Yunayted" – "Vest Hem"
–
–
–