Dünya futbolu
Emin Mahmudov yenə lazım olmadı
Futbol üzrə Portuqaliya çempionatında 2-ci turun oyunlar…
Futbol üzrə Portuqaliya çempionatında 2-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun formasını geyindiyi "Boavişta" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Rio Ave" ilə qarşılaşıb. Üç qolun vurulduğu oyunda qələbə qonaqlara qismət olub – 2:1.
Emin bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.