Dünya futbolu
"Çelsi" 5 illik müqavilə bağlayıb, icarəyə göndərdi
İngiltərənin "Çelsi" klubu yarımmüdafiə&cce…
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Lyuis Beykerlə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı ingilis futbolçu "zadəganlar"la 5 illik müqaviləyə imza atıb. Lakin London klubu sözügedən yarımmüdafiəçini Çempionşip təmsilçisi "Midlsbro"ya icarəyə göndərib. İcarə müddəti bir illik nəzərdə tutulub.
Qeyd edək ki, Beyker son iki mövsümü Hollandiyanın "Vitess" klubunda icarədə keçirib. O, bu komanda ilə Hollandiya Kubokunu qazanıb. 2015-ci ildə isə gənc yarımmüdafiəçi "Şeffild Uensdey" və "Milton Kins Dons" klublarında icarədə olub.
İngiltərənin gənclərdən ibarət yığmasının üzvü "Çelsi"nin öz yetirməsidi.