Əvəzedicilər
"İnter" – "Qəbələ" matçında 8 qol
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan…
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 1-ci turun daha bir görüşü keçirilib.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə "İnter" doğma meydanda "Qəbələ"ni qəbul edib. 8 qolun vurulduğu oyunda qələbəni qonaqlar bayram ediblər.
Xatırladaq ki, ilk oyun günündə "Neftçi" "Qarabağ"a 1:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək iki oyunla ("Sumqayıt" – "Kəpəz" və "Zirə" – "Səbail") yekun vurulacaq.
Əvəzedicilərin çempionatı
1-ci tur
13 avqust
"İnter" – "Qəbələ" 2:6
Qol: Oleq Hüseynov, 24-pen. Rafael Məhərrəmli, 80 – Roman Hüseynov, 10. Fərid Nəbiyev, 44. Ülvi İsgəndərov, 45. Sinan Akkoyun, 76-öz qapısına. Baxışəli Baxışəliyev, 90. Tural Məmmərzəyev, 90+1.