Dünya futbolu
MY mövsümə darmadağınla start verdi – VİDEO
İngiltərə Premyer Liqasında 2017/18 mövsümünün…
İngiltərə Premyer Liqasında 2017/18 mövsümünün ilk turuna yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, mövsümün ilk oyunu Londonda keçirilib. “Arsenal” “Lester”i qəbul edib. 7 qolun vurulduğu möhtəşəm qarşılaşmanın qalibi "topçular" olub.
Son çempion “Çelsi” isə ikinci oyun günündə meydana çıxıb. “Zadəganlar” evdə “Bernli”ni sınağa çəkib və gözlənilməz məğlubiyyətlə üzləşiblər. Digər iddialılardan "Liverpul"un səfərdə "Uotford"la bol qollu heç-heçəsi də diqqət çəkib. "Mançester Siti" isə "Brayton"u iki cavabsız qolla yenib.
Son gündə isə "Tottenhem" səfərdə "Nyukasl"a qalib gəlibsə, "Mançester Yunayted" də "Vest Hem"i darmadağın edib.
İngiltərə Premyer Liqası
1-ci tur
11 avqust
"Arsenal" – "Lester" – 4:3
Qol: Lakazett, 2. Uelbek, 45. Remzi, 83. Jiru, 85 – Okazaki, 5. Vardi, 29; 56.
12 avqust
"Uotford" – "Liverpul" 3:3
Qol: Okaka, 8. Dukure, 32. Britos, 90 – Mane, 29. Firmino, 55-pen. Salah, 57.
"Çelsi" – "Bernli" – 2:3
Qol: Morata, 69. Luis, 88 – Vouks, 24; 43. Uard, 39.
"Kristal Pelas" – "Haddersfild" 0:3
Qol: Uard, 23-öz qapısına. Munye, 26; 78.
"Everton" – "Stok Siti" 1:0
Qol: Runi, 45.
"Sauthempton" – "Suonsi" 0:0
"Vest Bromviç" – "Bornmut" 1:0
Qol: Heqazi, 31.
"Brayton" – "Mançester Siti" 0:2
Qol: Aquero, 70. Dank, 75-öz qapısına.
13 avqust
"Nyukasl" – "Tottenhem" 0:2
Qol: Alli, 61. Deyvis, 70.
"Mançester Yunayted" – "Vest Hem" 4:0
Qol: Lukaku, 33; 52. Martial, 87. Poqba, 90.
–