Dünya futbolu
Hümbətovun komandası mövsümə məğlubiyyətlə başladı
Futbol üzrə Makedoniya çempionatında 2017/18 mövs&u…
Futbol üzrə Makedoniya çempionatında 2017/18 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun şərəfini qoruduğu "Pobeda" da yeni mövsümdə ilk matçını keçirib. Sözügedən kollektiv doğma meydanda "Pelister"lə qarşılaşıb. Üç qolun vurulduğu qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2.
Tural bu görüşün iştirakçısı olmayıb. Komandasının yoxlama oyunlarında iştirak edən futbolçumuz bu qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.