Bizi izləyin

Ölkə futbolu

İlk turdan sonra – “Qarabağ” zirvədə, “Neftçi” sonuncu pillədə

Bəlkə də qiymət vermək üçün tezdi. Amma Topaz Pr…

blank
Bəlkə də qiymət vermək üçün tezdi. Amma Topaz Premyer Liqasının elə ilk turu yeni mövsüm haqda ilkin təəssüratları bölüşməyə imkan verir.
 
Ümumiyyətlə, məhsuldar keçən açılış turunda bütün komandalar qol hesabını açdı: oyunlardan üçü 2:1, biri 3:1 qurtardı. Cümə və şənbə günləri qonaqlar sevindisə, həftəni ev sahibləri 3 xalla bitirdi. Avtoqol, qol olan və qaçırılan penalti, ağır zədə – hər şey var idi.
 
Tura Azərbaycan derbisi ilə start verildi. Və sonradan bəlli olacaqdı ki, bu matçın nəticəsi həm də turnir cədvəlində liderlə aşkar autsayderi müəyyənləşdirəcək. “Qarabağ” yeni mövsümə də çempion kimi başladı və “Neftçi”ni ardıcıl 3 qolla məyus etdi. Ağdamlılar yarıəvəzedici heyətlə o qədər parlaq oynadı ki, yeni mövsümün favoritini də başqa yerdə axtarmağa lüzum qalmadı.
 
“Neftçi” ilk turda qol vurmayan yeganə komanda oldu. Düzdü, bakılıların hesabında top var, amma onu da rəqib öz qapısından keçirib. Lakin Rahid Əmirquliyevin avtoqolu da bakılıları ilk turdan sonuncu piləyə qovuşmaqdan xilas etmədi.
 
Son mövsümün 2 mükafatçısının oyunu gümüş medalçının qələbəsi ilə bitsə də, oyun zövq vermədi. “Qəbələ” 2 qol vurduqdan sonra sanki arxayınladı və ritmi itirdi. Fürsətdən istifadə edən “İnter” hətta hesabı bərabələşdirə də bilərdi. Yarımcan bakılıların gücü təsəlli qoluna çatsa da, komandalar arasında ciddi fərq hiss olunmadı. Halbuki “Qəbələ” heyəti tamamilə yeniləyib, rəqibi isə meydana çıxarmağa futbolçu tapmır.
 
“Səbail” Premyer Liqada debütündə oyunçuları topa toxynmadan qola üzülə bilərdi. “Zirə” oyuna başlayan kimi elə kəsərli hücum etdi ki, yalnız Emil Balayevin sayəsində çempionatlar tariximizin ən erkən qolu vurulmadı. Bununla belə, “qartallar” istəyinə çox tez çatdı. Hesab açılandan sonra penaltini boşa verən Qadze səhvini növbəti epizodda düzəltdi. Legioner qapıçının hədiyyə ötürməsini qolla bitirdi.
 
İlk dəqiqələrdə “Səbail”in müdafiəsi biabırçı səhvlərə səhnə idi, hiss olunurdu ki, komanda hələ tam formalaşmayıb. Az qala istənilən hücumun qolla nəticələnmə ehtimalı var idi. Yaxşı ki, “Zirə” tez arxayınlaşdı, yoxsa Samir Əliyevin yetirmələri biabırçı debütlə yadda qalacaqdı. Bayıl təmsilçisi zaman keçdikcə qismən özünə gəldi, təsəlli qolunu vurdu, lakin bundan artığını bacarmadı. Meydan sahibləri isə oyunda diqtə edən tərəf kimi matçı elə 2:1 hesablı qələbəylə başa vura bildi.
 
Günün son matçında üz-üzə gələn “Sumqayıt”la “Kəpəz” də  ümumi gedişatı pozmadı. Paytaxtdan kənarda keçirilən yeganə oyun baxımlı alındı, amma nəticəyə yalnız bir tərəf – layiq olan sevindi.
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 16:33

Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

blank
Digər idman növləri2024-05-11 15:58

Azərbaycan cüdoçularından Avropa Kata turnirində bürünc medal

blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Dünya futbolu2024-05-11 14:22

A Seriyasında aprel ayının ən yaxşıları açıqlandı

blank
Digər idman növləri2024-05-11 13:59

“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm