Ölkə futbolu
Rauf Əliyevi Albaniyaya Elxan Məmmədov göndərib
“Kukesi”yə keçidi düyünə düşən R…
“Kukesi”yə keçidi düyünə düşən Rauf Əliyev, ona mane olmağa çalışan “İnter” rəhbərliyi ilə açıq mübarizəyə başladı. Klubla bitmiş müqaviləsini mətbuata çıxaran forvard bununla klub tərəfindən haqsızlığa uğradığını ortaya qoydu.
İndi növbə “İnter”undu. Klub rəhbərliyi iddia etdikləri kimi haqlıdılarsa, Əliyevlə həqiqətən müqavilələri varsa, buyurub eyni addımı atsınlar. Əks halda, Raufa haqsızlıq etdikləri, lakin məğlub olduqları üzə çıxacaq.
O da maraqlıdı ki, Rauf Avropa Liqasında müqaviləsiz çıxış edirmiş. Onunla anlaşma iyunun sonunda bitsə də, digər oyunçular kimi, hücumçu da qitə yarışlarında müqaviləsiz mübarizə aparıb. “İnter” bu detala da aydınlıq gətirsə, pis olmaz.
“Futbolinfo” Raufun maddiyyatını gizlətdiyi müqaviləylə bağlı əlavə bilgilər də əldə edib. Bildiyimizə görə, 10 min manat maaş alan oyunçunun rəsmi müqavilədə anlaşması kiçik rəqəmlə ifadə olunurmuş. Əsas maaşı isə o, şəxsi müqavilə əsasında alırmış. Amma futbolumuz üçün ümumi problem olan ikili müqavilələr məsələsini ictimaiyyətə açmaq hər iki tərəf üçün problem yaradar. Xüsusilə transfer qadağası olan “İnter” üçün bu hal bağışlanmazdı. Məsələ böyüyərsə, beynəlxalq futbol qurumları bu fakta görə paytaxt təmsilçisini növbəti sanksiyaya məruz qoyacaq.
Raufun albanlarla anlaşmasının detalları da bəllidi. Əliyev “Kukesi” ilə aylıq 10 min avro məbləğində müqavilə bağlayacaq. Ona eyni məbləği ölkə klubları da təklif edib. Amma “Neftçi”, “Qəbələ” və “Zirə”nin bu məbləğə yaxın təkliflərini futbolçu AFFA-nın baş katibi Elxan Məmmədovun istəyi ilə qəbul etməyib. Əvvəla, ona görə ki, ölkədaxili transfer zamanı Raufa “İnter” tərəfindən maneələr yaradılacaqdı. Yaranacaq belə söz-söhbətlər isə AFFA-ya lazım deyil. Əsas səbəb Məmmədovun futbolçunun legioner karyerası yaşamasını istəməsidi. O, imkan varsa, Raufun ölkədən çıxmasını istəyib və bunun üçün lazımi dəstək verəcəklərini bildirib.
Hücumçunun xaricə yollanmasında yerli menecerlərdən heç birinin rolu yoxdu. Ona bu keçiddə bir alban vasitəçi yardım edir.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”