Bizi izləyin

Müsahibə

“Qalatasaray” Bakı və Qəbələdə yoldaşlıq görüşü keçirəcək"

Futbolinfo.az sizi Türkiyənin “Qalatasaray” idman kl…

blank

Futbolinfo.az sizi Türkiyənin “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü, “Taç Spor” klubunun İdarə Heyətinin rəhbəri Ural Aküzümün müsahibəsi ilə tanış edir:

– “Qalatasaray” Azərbaycanda sevilən, çoxsaylı azarkeşi olan idman klublarından biridir. Bu baxımdan “Qalatasaray” klubunun qarşıdakı illərdə Azərbaycanda planlaşdırdığı hər hansı layihə varmı?
– Bildiyiniz kimi, mən əslən azərbaycanlıyam və buna görə də təbii ki, hər zaman Azərbaycanla bağlı mövzuları “Qalatasaray”ın İdarə Heyətində, eləcə də Türkiyə futbolu ilə əlaqədar müxtəlif toplantılarında dilə gətirirəm.

“Qalatasaray” idman klubu türk dünyasının önəmli klubu olaraq, Azərbaycan dövlətinin və Azərbaycanla qardaşlığın önəminin fərqindədir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, bizim can qardaşımız olan Azərbaycanla Türkiyə “bir millət, iki dövlət”dir. Azərbaycanda “Qalatasaray azarkeşləri dərnəyi”miz var. Bununla yanaşı, Bakının mərkəzində “Galatasaray Store” adlı mağazamız da fəaliyyət göstərir.

“Qəbələ” futbol klubunun prezidenti Tale Heydərovla görüşüm zamanı “Qəbələ” ilə yoldaşlıq oyununun keçirilməsi və birgə təlim-məşq toplanışının təşkili ilə bağlı fikirlərimi bildirmişəm.

Bilirik ki, Azərbaycanda, eyni zamanda Türkiyədə və qərb ölkələrində təhsil alan azərbaycanlı tələbələrdə “Qalatasaray”a sevgi və rəğbət var.

Bundan başqa, “Qalatasaray İş Adamları Dərnəyi”nin İdarə Heyətinin üzvləri arasında Azərbaycandan olan iş adamı da var. Təbii ki, bunlarla kifayətlənmək doğru olmaz və bu sahədə Azərbaycanla daha sıx əməkdaşlıq etməliyik və edəcəyik.

– “Qalatasaray”ın futbol məktəblərindən biri də Azərbaycanda fəaliyyət göstərir. Ümumiyyətlə, “Qalatasaray” idman klubunun Azərbaycandakı futbol məktəbini daha da genişləndirmək, həmçinin Azərbaycanın müxtəlif bölgələrində futbol məktəbi açmaq niyyəti varmı?
– “Qalatasaray” Çempionlar Liqasında ən çox iştirak edən 12 klubdan biridir. Bununla yanaşı, “Deloitte”in araşdırmalarına əsasən, “Qalatasaray” dünyanın ən böyük 20 futbol klubundan biridir.

“Qalatasaray” futbol klubu Türkiyədə futbol mədəniyyətini inkişaf etdirən və belə demək mümkünsə, türk-müsəlman dünyasının futboldakı göz bəbəyidir.

“Qalatasaray” futbol mədəniyyətinin dünyada yayılması məqsədilə idman məktəbləri layihəsinə start verdik. Bu baxımdan da təsis olunduğu gündən etibarən Bakıdakı “Qalatasaray” futbol məktəbinin fəaliyyətini yaxından izləyirik. Bakıda futbol məktəbimizdəki gənc, istedadlı futbolçuları Türkiyədə qiymətləndirmək istəyirik.

– Ural bəy, Azərbaycan futbolunu necə dəyərləndirirsiniz? Ümumiyyətlə, “Qalatasaray”a hər hansı azərbaycanlı futbolçunun transferi planlaşdırılırmı?
– Azərbaycan futbolunda prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində xeyli ciddi və önəmli işlər görülüb. Xüsusən də bu istiqamətdə atılan addımlara misal olaraq, Berti Foqts, Toni Adams kimi təcrübəli baş məşqçilərin Azərbaycan futbolunda çalışmalarını söyləmək olar. Bütün bunlarla yanaşı, Rasim Kara və Mustafa Dənizli kimi türk mütəxəssislərin də adını sadalamaq olar.

Azərbaycan idman mədəniyyətinin yüksək səviyyədə olduğu, idman sahəsinin inkişaf etdiyi bir ölkədir. “Qarabağ” və “Qəbələ” kimi futbol klubları avrokuboklarda yaxşı çıxış edirlər.

Lakin müasir dövrdə futbolun inkişafı, bu sahədə uğur əldə edilməsi üçün idman mədəniyyəti və heç şübhəsiz ki, bu sahəyə investisiya qoymaq lazımdır.

Bu gün “Qalatasaray”a Azərbaycandan hər hansı futbolçunun transfer edilməsi nəzərdən keçirilmir. Lakin şəxsən mən Qara Qarayevin (“Qarabağ”ın futbolçusu – red.) oyununu çox bəyənirəm. Gələcəkdə bir Azərbaycan futbolçusunu sarı-qırmızı formada görmək istərdim.

– Qarşıdakı illərdə “Qalatasaray”la Azərbaycanın hansısa futbol klubu arasında yoldaşlıq oyunu təşkil etməyi nəzərdə tutursunuzmu?
– Azərbaycanın Bakı və Qəbələ şəhərlərində  yoldaşlıq görüşü mütləq  təşkil edəcəyik. Bunun üçün Azərbaycan iş adamları və futbol klublarından təkliflər gözləyirik.

“Qalatasaray” klubunun rəhbəri, eyni zamanda, İdarə Heyətimiz Azərbaycanla yoldaşlıq oyununun keçirilməsinə çox müsbət baxırlar. Mən də bir Azərbaycan əsilli olaraq, bunu davamlı şəkildə təşviq edirəm.

Qeyd edək ki, “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü, Azərbaycan əsilli Ural Aküzüm ata tərəfdən Şuşa şəhərinin tanınmış şəxslərindən olan Hacı Əhməd Aküzümün, ana tərəfdən isə general Səməd bəy Mehmandarovun nəslindən olan hakim Tahir Mehmandarlının nəvəsidir.

Mənbə: trend.az

Reklam

Reklam


blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-11 19:37

“Zirə” “Qarabağ”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 16:33

Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

blank
Digər idman növləri2024-05-11 15:58

Azərbaycan cüdoçularından Avropa Kata turnirində bürünc medal

blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Dünya futbolu2024-05-11 14:22

A Seriyasında aprel ayının ən yaxşıları açıqlandı

blank
Digər idman növləri2024-05-11 13:59

“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 13:05

Avtorqaf istədi, Cokoviç xəsarət aldı

blank
Dünya futbolu2024-05-11 12:47

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-11 12:31

Fransız sürücü Sennanın şərəfinə dəbilqə hazırlatdırdı

blank
Dünya futbolu2024-05-11 12:16

Ozan Can mövsümün son matçında qol vurdu

blank
Digər idman növləri2024-05-11 12:00

Son çempion ilk qələbəsini qazandı

blank
Ölkə futbolu2024-05-11 11:39

AFFA İcraiyyə Komitəsi yığışır: komanda sayının artırılması müzakirə olunacaq

blank
Digər idman növləri2024-05-11 11:29

Astanada daha 4 sınaq

blank
Digər idman növləri2024-05-11 11:12

Stadnikin son şansı

blank
Digər idman növləri2024-05-11 10:49

Növbəti yarımfinal görüşü baş tutacaq

blank
Dünya futbolu2024-05-11 10:00

Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

blank
Digər idman növləri2024-05-11 09:30

“Biz fiziki cəhətdən daha güclü idik”

blank
Premyer-liqa2024-05-11 09:00

“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-05-11 08:00

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

blank
Dünya futbolu2024-05-11 01:33

“Jirona” qələbəni əldən verdi

blank
Dünya futbolu2024-05-11 01:24

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-05-11 01:12

“Ştutqart”dan növbəti qələbə

blank
Dünya futbolu2024-05-11 01:04

“Nitsa”ya 1 qol bəs etdi

blank
Digər idman növləri2024-05-11 00:30

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-11 00:09

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm