Ölkə futbolu
"Qarabağ"a şans versək, bizi cəzalandıracaqlar"
Danimarkanın "Kopenhagen" klubunun idman direktoru Yohan La…
Danimarkanın "Kopenhagen" klubunun idman direktoru Yohan Lange UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun rəsmisi bir neçə gün öncə Bakıda olub. Cümə günü paytaxtımıza gələn Lange Ağdam təmsilçisinin Topaz Premyer Liqasının ilk turunda “Neftçi"yə "Bakcell Arena"da 3:1 hesaı ilə qalib gəldiyi matçı da izləyib. O, ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ" haqda bunları deyib:
"Fikrimcə, "Qarabağ"la oyunlarımız əla şou olacaq. Bunu həm rəqibin, həm də bizim ifamızda görəcəksiz. Rəqibimiz çox yaxşı komandadı. Bu komanda topu özündə çox saxlamağı sevir. Buna imkan verməməliyik. "Qarabağ"a şans versək, bizi cəzalandıracaqlar. Meydanda hər şeyi düzgün etməliyik".
Qeyd edək ki, “Qarabağ” – “Kopenahagen” görüşü sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”