Dünya futbolu
Boatenq ilə yollar ayrıldı
İspaniyanın "Las Palmas" klubu qanalı futbolçu Kev…
İspaniyanın "Las Palmas" klubu qanalı futbolçu Kevin-Prins Boatenq ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 30 yaşlı futbolçu ailəsinə daha yaxın olmaq istəyi ilə əlaqədar müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunmasını xahiş edib. Klub rəhbərliyi də onun bu istəyinə qarşı çıxmayıb.
Maraqlıdı ki, Boatenq "Las Palmas"la may ayında 3 illik yeni müqavilə imzalamışdı. O, bu klubda 2016-cı ildən oynayır. İspaniya klubunda çıxdığı 29 oyunda 10 qola imza atan Boatenqin bundan sonra karyerasını hansı komandada davam etdirəcəyi maraqla gözlənilir.
Qana yığmasının futbolçusu Almaniyanın "Herta" klubunun yetirməsidi. O, bu klubla yanaşı, "Tottenhem", "Borussiya" (Dortmund), "Portsmut", "Milan" və "Şalke"də də forma geyinib.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda