Dünya futbolu
Sadio Super Liqa klubu ilə müqavilə imzaladı – FOTO
Türkiyənin "Yeni Malatyaspor" klubu daha bir transferi…
Türkiyənin "Yeni Malatyaspor" klubu daha bir transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, Super Liqanın yeni təmsilçilərindən olan bu klub qvineyalı yarımmüdafiəçi Sadio Diallonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Qvineya yığmasının da şərəfini qoruyan Diallonun son klubu Fransa "Bastiya"sı olub. O, məhz bu klubun yetirməsi olsa da, 2012-ci ildə Fransanın digər təmsilçisi "Renn"ə üz tutub. Amma bu komandada olarkən Sadio qısa müddət yenidən "Bastiya"ya, həmçinin "Loryan"a icarəyə verilib. 2015-ci ildən isə yarımmüdafiəçi yenidən "Bastiya"nın uğurları üçün çalışırdı.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda