Dünya futbolu
Behrami yenidən İtaliya klubunda
İtaliyanın "Udineze" klunu növbəti transferini rəsm…
İtaliyanın "Udineze" klunu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Uotford" klubundan yarımmüdafiəçi Valon Behramini transfer edib. Bu barədə Udine təmsilçisinin rəsmi saytı məlumat yayıb. İsveçrəli 32 yaşlı futbolçu yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.
"Udineze" bu transferə görə "Uotford"a 2,5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, İsveçrə yığmasının üzvü İngiltərə klubunda 2015-ci ildən çıxış edirdi. Geridə qalan mpvsümdə bu komanda ilə İngiltərə çempionatında 27 oyuna çıxan futbolçu 8 sarı vərəqə ilə yadda qalıb.
Behrami əvvəllər İtaliyada "Cenoa", "Verona", "Latsio", "Fiorentina" və "Napoli"də də oynayıb.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq