Dünya futbolu
Ukrayna yığmasının sabiq üzvü Super Liqa klubunda
Türkiyənin "Kayserispor" klubu növbəti transferi…
Türkiyənin "Kayserispor" klubu növbəti transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, Super Liqa klubu 35 yaşlı ukraynalı müdafiəçi Aleksandr Kuçeri heyətinə qatıb. Bu barədə Kayseri təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ukrayna yığmasında 50-dən çox oyun keçirmiş futbolçu yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, bu, Kuçerin karyerasında ikinci legioner həyatıdı. O, 2003-cü ildə də qısa müddət Ermənistan "Banants"ının formasını geyinib.
Kuçer karyerası ərzində "Arsenal" (Xarkov), "Metallurq" (Donetsk), "Metallist", "Şaxtyor" (Donetsk) klublarında da çıxış edib.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq