Ölkə futbolu
PFL-dən “Kəpəz”ə “yaşıl işıq”
“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəh…
“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi ilə bağlı işlər davam etdiyindən arenadan istifadə etmək hələ ki, mümkün deyil.
Futbolinfo.az xəbər verir ki, bunu nəzərə alan klub rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət edərək ev oyununun keçirilməsi üçün Tovuz və ya Yevlaxdakı şəhər stadionlarından istifadə etməyə razılıq verilməsini xahiş etmişdi. PFL-in əməkdaşları qeyd olunan arenalarda təftiş aparmaqla “Kəpəz” – “Zirə” matçının Yevlaxda təşkili haqda müsbət rəy veriblər.
Beləliklə də sözügedən oyun avqustun 20-də saat 17:00-da Yevlax şəhər stadionunda keçiriləcək.