Ölkə futbolu
"Qarabağ"dan "Kopenhagen"in şikayətinə münasibət
“Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etmək “Kope…
“Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etmək “Kopenhagen”in hüququdu”.
Futbolinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çelikəl Danimarka təmsilçisi “Kopenhagen”in Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyununda sonra komandanın kapitanı Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etməsinə münasibət bildirərkən deyib.
Klub rəsmisinin sözlərinə görə, Medvedevin Bakıda baş tutan görüşün 20-ci dəqiqəsində rəqib futbolçu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurması ilə bağlı iddia əsassızdır və UEFA-nın rəqibin şikayətini müsbət cavablandırması real görünmür: “Bu, top uğrunda mübarizə zamanı baş verən adi oyun epizodu idi. UEFA-nın futbolçumuzu cəzalandıracağına zənn etmirəm. Belə bir hal olarsa, biz də öz növbəmizdə apellyasiya verəcəyik”.
Qeyd edək ki, UEFA “Kopenhagen”nin şikayəti ilə bağlı qərarını bu gün açıqlayacaq.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Müsahibə2024-05-14 11:28
Səbuhi Abdullazadə: “Hər şey öz əlimizdədir”