Dünya futbolu
Braziliya millisinin üzvü rəsmən “Barselona”da – FOTO
İspaniyanın “Barselona” klubu Braziliya yığmasının y…
İspaniyanın “Barselona” klubu Braziliya yığmasının yarımmüdafiəçisi Paulinyonu transfer edib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya klubu təcrübəli futbolçu ilə münasibətlərini rəsmiləşdirdiyini rəsmi saytı vasitəsilə də bəyan edib. Tərəflər arasında 4 illik müqavilə imzalanıb. Daha sonra “Barsa” rəhbərliyi Paulinyonu ictimaiyyətə təqdim edib. 29 yaşlı futbolçu yeni komandasında 15 nömrəli formanı geyinəcək.
Kataloniyalılar bu transferə görə Çinin “Quançjou Everqrand” klubuna 40 milyon avro təzminat ödəyiblər.
Qeyd edək ki, Paulinyo karyerası ərzində "Vilnüs" (Litva), "Lodz" (Polşa), "Pan de Asukar", "Braqantino", "Korintians" (üçü də Braziliya) və “Tottenhem” (İngiltərə) klublarında da forma geyinib. Yarımmüdafiəçi Braziliya millisində 40-dan çox oyun keçirib.