Dünya futbolu
Millimizin üzvü növbəti turu buraxmalı olacaq
Türkiyənin “Bursaspor” klubunun və Azərbaycan yı?…
Türkiyənin “Bursaspor” klubunun və Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Son məşqlərin birində zədə alan oyunçunun durumunun öncə ciddi olmadığı və növbəti matça qədər hazır olacağı bildirilirdi. Lakin yerli mətbuata açıqlama verən bursalıların baş məşqçisi Pol Le Quen futbolçumuzun Super Liqanın 2-ci turunda “Alanyaspor”la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcəyini bəyan edib:
“Dəniz heyətdə olmayacaq, zədəlidi. Fikrimcə, bu, “Bursaspor” üçün ciddi itkidi. Çünki Dəniz yaxşı forma yığmışdı. Məşqlərdə onun çıxışından razı idim. Bundan əlavə, “Başakşəhər”lə görüşdə də özünü yaxşı tərəfdən göstərmişdi. Onun növbəti oyunu buraxması heç yerinə düşmədi”.
Qeyd edək ki, “Bursaspor” – “Alanyaspor” matçı avqustun 19-da baş tutacaq.