Dünya futbolu
Viktor Valdes karyerasını başa vurdu
Viktor Valdes karyerasını başa vurdu
Futbol üzrə İspaniya…
Viktor Valdes karyerasını başa vurdu
Futbol üzrə İspaniya yığmasının və “Barselona” klubunun sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. Bildirilir ki, 35 yaşlı qolkiper “Las Palmas”, “Betis”, “Sportinq” və “Deportivo” klublarından təklif almasına baxmayaraq, futboldan getməyə qərar verib. Onun fəaliyyətini televiziyada davam etdirəcəyi bildirilir. Valdesin xüsusi verilişi olacaq. O, sabiq həmkarlarından müsahibələr alacaq.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Valdes karyerasının böyük hissəsini də məhz bu klubda keçirib. O, 2002-2014-cü illər aralığında Kataloniya təmsilçisində 400-ə yaxın oyun keçirib. Valdes "Barselona" ilə 6 dəfə İspaniya çempionu olub, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının qalibi adını qazanıb. İspaniya yığması ilə Avropa çempionu olan qolkiper “Barselona”dan ayrıldıqdan sonra İngiltərənin “Mançester Yunayted” və “Midlsbro” klublarının, eləcə də Belçika “Standard”ının formasını geyinib.