I Liqa
Divizionun debütantı daha bir transfer etdi
Birinci Divizionda yeni mövsümə hazırlığını davam etdi…
Birinci Divizionda yeni mövsümə hazırlığını davam etdirən "Binə" heyətini daha bir futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Məhəmməd Bədəlbəyli 2017/18 mövsümündən etibarən "qartallar"ın uğurları üçün çalışacaq. Məlumatı klubun mətbuat xidməti yayıb.
Ötən mövsümü Birinci Divizionda "Qaradağ Lökbatan" və MOİK-in heyətində keçirən 25 yaşlı hücumçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Birinci Divizionda "Neftçala" ilə çempionluq sevinci yaşayan "Binə"nin yeni transferi adıçəkilən komandalarla yanaşı AZAL, "Şuşa" və "Lokomotiv-Biləcəri" futbol klublarında da çıxış edib.