Dünya futbolu
Palasionun yeni klubu bəlli oldu – FOTO
İtaliyanın "Bolonya" klubu növbəti transferini rəsm…
İtaliyanın "Bolonya" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "İnter"lə yollarını ayıran hücumçu Rodriqo Palasionu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu yeni klubuna azad agent statusunda keçib. Lakin tərəflərin neçə illik müqavilə imzaladığı barədə məlumat verilməyib. Palasio yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Palasio 2012-ci ildən "İnter"də çıxış edirdi. Peşəkar karyerasına 2002-ci ildə ölkəsinin "Urakan" klubunda başlayan argentinalı hücumçu daha sonra "Banfild" və "Boka Xuniors"da da çıxış edib. 2009-cu ildə isə o, "Cenoa"nın dəvəti ilə İtaliya karyerasına başlayıb. "İnter"ə də , 2012-ci ildə məhz bu klubdan transfer edilib.
Palasio Argentina yığmasında da 27 oyun keçirib, 3 qol vurub.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər