Bizi izləyin

Müsahibə

Qurban Qurbanov: "Mahir Mədətova görə narahatam"

Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə “İnter&rdquo…

blank

Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə “İnter”ə minimal hesabla qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

– Bizim üçün vacib oyun idi. Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardılar. Əsas odu. 3 xal əldə etdik. “İnter”ə gələn oyunlarda uğurlar arzulayıram.

– Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiz?
– Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Digərlərini isə oyunun gedişinə uyğun olaraq etdim.

– Sizcə, bu oyun daha çətin idi, yoxsa “Kopenhagen”lə?
– Məncə, pis oynamadıq. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi az idi. Belə olanda, istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə yaxşı oynadıq. Amma daha yaxşı ola bilərdi.

– Yakub Jezniçakın ilk “23”-lükdə olmamasının səbəbi nə idi?
– Ansi Aqolli ilə Jezniçaka tam istirahət vermişdim.

– Komanda oyunun gedişində üçlü müdafiəyə keçdi…
– Biz əvvəllər də belə edirdik. Komanda hücumda olanda geridə 3 müdafiəçi qalır.

– Qapıçılarla bağlı rotasiyanı avrokuboklarda da görəcəyik?
– Qapıçıların təcrübə toplaması əsasdı. Çalışacağam ki, ikisinə də şans verim.

– Düşünmürsüz ki, Əfran bugünkü qolla özünə gəldi?
– Bilmirəm, Əfranı kim tənqid edir. Onlar nədən narazıdılar? Bizdə bu dəb halını alıb. Bir nəfər fikir bildirir, hamı həmin şəxsin üzərinə düşür. Buna normal baxıram. Belə şeylərə fikir verməməliyik. Ola bilər, bundan iki-üç ay sonra qol vursun. Bu gün Əfran komandaya faydalıdı deyə burdadı. Mən sosial şəbəkələrə girmirəm. Yəqin bu sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfan komandaya faydalı oyunçudu. Ötən mövsümdə bizim üçün bir neçə faydalı qol vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.

– Mahir Mədətov son vaxtlar formadadı. Onun mətbuatın gündəmində olması sizi narahat ertmir ki?
– Fikirləşin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədi ki, 99,9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə oyunda qol vurduqdan sonra əvvəlki oyunun 50 faizini oynamadı. Buna görə, gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Bu cür şeylərin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.

– Ola bilər ki, vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağa edilsin?
– Elə olur ki, futbolçu özü bununla maraqlanır. Dəfələrlə olub ki, futbolçulara müsahibə verməyi qadağa etmişəm. Ancaq buna nəzarət etmək çox çətindi. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub. 

– “Kopenhagen”in stadionundakı atmosfer sizi qorxutmur ki?
– Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. İlk dəfə deyil belə stadionda oynayacağıq. Həyəcan olacaq. Ancaq bu məsələylə bağlı futbolçularla danışacam.

– İlk dəfədi ki, Azərbaycan klubu ÇL-in bir addımlığındadı. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?
– Psixoloji amil əsasdı. Bu yolda daim çalışırıq. “Kopenhagen”lə oyun üçün bir az daha artıq çalışacağıq.

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-13 15:00

Gəncədə voleybol turniri

blank
Digər idman növləri2024-05-13 14:45

Taekvondoçumuz Avropa çempionatında 3-cü yeri tutub

blank
Digər idman növləri2024-05-13 14:31

“Heydər Əliyev kuboku-2024” turnirində 5 ölkə iştirak edəcək

blank
Ölkə futbolu2024-05-13 14:24

Murad Musayev: “Qəbələ” bir dəfə güzəşti haqq edir”

blank
Digər idman növləri2024-05-13 14:14

Beynəlxalq turnirin qonaqları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

blank
Digər2024-05-13 14:07

MEDİA media subyektləri üçün müsabiqə elan edib

blank
I Liqa2024-05-13 13:59

I Liqa matçında VAR olacaq

blank
Ölkə futbolu2024-05-13 13:42

“Qəbələ”nin gec oyanışı, “Sumqayıt”a 12 xal qazandıran “qapazaltı”

blank
Digər idman növləri2024-05-13 13:25

Azərbaycan parataekvondoçuları tarixi uğura imza atıblar

blank
Dünya futbolu2024-05-13 13:10

“Milan” Şeşko üçün 50 milyon avro ödəyəcək

blank
Digər idman növləri2024-05-13 12:53

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Dünya futbolu2024-05-13 12:39

“Deportivo” Sequndaya qayıtdı

blank
Digər idman növləri2024-05-13 12:24

AFFA regionlarda fəaliyyət göstərən məşqçilər üçün seminar keçirib

blank
Digər idman növləri2024-05-13 12:10

Draft lotereyanın nəticələri bəlli oldu

blank
Digər idman növləri2024-05-13 11:55

Çempiondan ardıcıl ikinci qələbə

blank
Digər idman növləri2024-05-13 11:38

Romada son 20 ildə ilk dəfə

blank
Ölkə futbolu2024-05-13 11:21

“Qarabağ” öz rekordunu təkrarladı

blank
Ölkə futbolu2024-05-13 11:04

“Neftçi” 7-ci oldu

blank
Dünya futbolu2024-05-13 10:47

“Bolonya” 60 ildən sonra bunu bacardı

blank
Dünya futbolu2024-05-13 10:32

Simeone Araqonesi ötdü

blank
Ölkə futbolu2024-05-13 10:15

İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!

blank
Dünya futbolu2024-05-13 09:58

“Arsenal”dan növbəti rekord

blank
Ölkə futbolu2024-05-13 09:41

“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu

blank
Digər idman növləri2024-05-13 09:24

Azərbaycan gimnastlarından Dünya Kubokunda 4 medal

blank
Ölkə futbolu2024-05-13 09:07

Şinyaşiki: “Het-trik hər zaman diqqəti cəlb edir”

blank
Ölkə futbolu2024-05-13 08:50

Lunyov “Rostov”a gedir?

blank
Ölkə futbolu2024-05-13 08:32

“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası

blank
Ölkə futbolu2024-05-13 08:15

Musa Qurbanlının oynamamasının səbəbi

blank
Ölkə futbolu2024-05-13 08:00

“Qəbələ” avrokubok mübarizəsini qarışdırdı

blank
Dünya futbolu2024-05-13 01:50

“Atletiko”dan çətin qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm